AK CİĞER

ağciyər
AJANS
AK SAKAL
OBASTAN VİKİ
AK-101
AK-101 – Rusiya istehsalı olan 5.56 mm-lik çapa malik avtomatdır. 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmışdır. Silaha ayrıca olaraq optik nişangah, lazer və ya GP-30 qumbaraatanı əlavə edilə bilər. Lülə uzunluğu AK-101 avtomatlarında 415 mm, AK-102 avtomatlarında isə 314 mm təşkil edir. 5.56x45mm NATO standartlarına cavab verən gilizlərdən istifadə edir. 5.56 mm kalibrə malikdir. Dəqiqədə 650 mərmi ata bilər. Mərmilərinin təsirli məsafəsi 500 m, maksimum məsafəsi isə 1000 metr təşkil edir. Nişangah sistemi ön sabit nişangah, tənzimlənə bilən arxa nişangahdan ibarətdir. Ayrıca olaraq avtomatda optik nişangah, taktik lazerdə istifadə edilə bilər.
AK-105
AK-105 – AK-74M avtomatlarının qısaldılmış bir karabina versiyası olub, AK-47 avtomatlarının dizayn xüsusiyyətlərinə malikdir və AK-74 avtomatlarının varisi hesab olunur. AK-102, AK-104 və AK-105 avtomatlarının fərqi yalnız müxtəlif çapa malik güllələrdən istifadə etməsidir. Lakin onların dizayn xüsusiyyətləri çox oxşardır. AK-105, 5,45 × 39mm çaplı döyüş sursatından istifadə edir. AK-105 2001-ci ildən Rusiya Silahlı Qüvvələrinin arsenalında AKS-74U avtomatlarının davamı kimi istifadə olunur. Atəş tezliyi: 600 mərmi/dəqiqədə Güllənin başlanğıc sürəti: 840metr/saniyə Güllənin effektiv zədələmə məsafəsi: 500 metr Giliz 5.45x39 mm Kalib 5.45 mm Atəş rejimi – avtomatik və tək-tək Daraqın tutumu – 30 ədəd Nişangah – nizamlana bilən adi nişangah Atış tipi: Qaz dövriyyəsi, dönər çaxmaq Uzunluğu: 586 mm Açıq qundaq və birləşdirilmiş süngü bıçaqla birlikdə uzunluğu: 824 mm == İstifadəçilər == Suriya: Suriya polisinin bəzi bölmələri tərəfindən istifadə edilir Ermənistan: Ermənistan Sərhəd Qoşunları tərəfindən istifadə olunur. Rusiya: Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin bəzi bölmələri tərəfindən istifadə olunur. Həmçinin, digər hüquq-mühafizə orqanlarının da xidmətində istifadə edilirlər. Rusiya Silahlı Qüvvələri tərəfindən məhdud sayda istifadə edilir. Namibiya: Namibiya Dəniz Piyadaları tərəfindən istifadə olunur.
AK-12
AK-12 — odlu silah. == Haqqında == "İjmaş" rəsmiləri Rusiya hərbi saytlarına verdikləri müsahibədə silahı belə təsvir edirlər: "AK-12 "Kalaşnikov" avtomatlarının bütün ən yaxşı xarakteriskalarını özündə cəmləşdirir. Eyni zamanda konstruksiyasının sadəliyi, etibarlılığı, aşağı maya dəyəri bu silahı fərqləndirən xüsusiyyətlərdəndir. Müəssisənin konstruktorları avtomatın bəzi parametrlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağı bacarıblar". Hər şeydən əvvəl yeni avtomat modulyar konstruksiyası ilə anoloqlarından fərqlənir. AK-12-nin digər özəlliyi onun bir əllə istifadə oluna bilməsidir. Silahı tək əllə qoruyucudan çıxartmaq və atışın rejimini dəyişdirmək olur. Avtomata nişangah, qumbaraatan, fənər və s.yerləşdirmək üçün Pikatinni plankalarından istifadə edilib. AK-12 nizamlana bilən, eyni zamanda bükülən teleskopik qundağa malikdir. Silahı solaxaylar da maneəsiz istifadə edə biləcəklər.
AK-47
Kalaşnikov avtomatı-AK-47 (rus. Автомат Калашникова образца 1947 года) — avtomatik rejimli döyüş silahı. Dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm ،də avtomat rejimdə ardıcıl atəşaçma qabiذliyyətinə malikdir. Yüksək etibarlığı və sadə qulluq olunması ilə fərqlənir. ,، == Tarixi haqqında == 1943-cü ildə Elizarov və Seminanın işlədikləri 7,62 mm patrona uyğun olaraq yeni silah hazırlanmağa başlanır. Pistolet-pulemyotları əvəz etmək üçün yeni fərdi avtomatik silaha ehtiyac var idi. Bu avtomat dəyişiləbilən daraq və rejimləri çevirən mexanzimə malik, karabin daraqlı, yəni özü gülləni verən, yüngül pulemyot xassələri özündə cəmləməli idi. Avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır.
AK-74
AK-74 (rus. Автомат Калашникова образца 1974 года — 1974-cü il versiyası Kalaşnikov avtomatı) — AK-47-nin 1974-cü il istehsalı variantı. AKM-in təkmilləşdirilimiş versiyasıdır. = Tarixi = Qərb ölkələrinin orduları tərəfindən 5.56 mm kalibrli silahlar istifadəyə verildikdən sonra SSRİ-də AKM-in yeni növü AK-74 meydana çıxdı. Konstruksiyasının standart Kalaşnikov avtomatına uyğun gəlməsinə baxmayaraq o 5.45 mm-lik patronlar ilə təmin edilib və çox praktikdir.
AK-74M
AK-74M (Mənası:(rus. Автомат Калашникова 74 (AK-74) Mодернизированный) (Azərbaycanca: Avtomat Kalaşnikov 74 (AK-74) Modernizasiyası)), 1994-cü ildə Mixail Kalaşnikov tərəfindən yaradılmış avtomatdır. Kalaşnikov avtomatlarının AK modellərinin günümüzdəki təmsilçisi olan bu silah Rusiya Silahlı Qüvvələrinin 1994-cü ildən bəri əsas avtomat silahı hesab olunur. AK-74 avtomatlarının modernizasiya edilmiş versiyasıdır. İlk dəfə AK-74M avtomatlarında AK-74 avtomatlarında istifadə edilmiş 5.45x39 mm-lik güllələrdən istifadə edilmişdir. Bu silahı AK-74 avtomatından ayıran xüsusiyyətləri isə aksesuarları (qundağ, qəbzə və əl qundağı), süngüsü və silahın standart görünüşündə belə sabit görünən qatlanan qundağın olmasıdır. Sökülməsi AK seriyasında olduğu kimidir. İstehsalçı ölkə: SSRİ/ Rusiya İstehsalçı firma: İjmaş Növü: avtomat İstehsal tarixi: 1994 – davam edir İstismar tarixi: 1994– davam edir == Aksesuarları == Snayper durbini, gecə durbini, termal kamera, optik nişangah, lazer hədəfləyici, qumbaraatan, süngü, taktiki fənər, səsboğucu == Modelləri == AK-74M: Standart model. AK-105: AK-74M-in qısa lüləli modeli.
AK 726
AK-726 — gəmi növü. Qapallı qülləyə yerləşdirilmişdir Sovet dəniz silahı ki dəniz, sahil və hava hədəflərinə qarşı o cümlədən aşağı uçan gəmi-əleyhinə raketlərə istifadə edilə bilər.
AK Parti
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Ak-Dovurak
Ak-Dovurak — Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir.
Ak-To
Ak-To (ing. Ahch-To) — "Ulduz müharibələri" kainatında uydurma planet. Planet xəritələnməyib, əkiz ulduzların orbitindədir və bir peyki var. Planetin nəfəs ala bilinəcək atmosferi və mülayim, lakin dəyişkən iqlimi var. Planetin səthi sadəcə dərin okeanlardan ibarət, lakin burada, yaşıl ağaclarla və otluqlarla örtülmüş qayalı ada arxipelaqları var. Adaların qayalıqlarında mamır, ot və qıjı da bitir. İlk ceday məbədi Məbəd adası adlanan adada inşa edilmişdir. Film ilk dəfə "Gücün oyanması" (2015), sonradan isə "Sonuncu ceday" (2017) və "Skayvolkerin yüksəlişi" (2019) filmlərində nümayiş olunmuşdur. == İstinadlar == == Xarici keçidlər == Exegol — Vukipediya saytında.
Ak Ana
Ak Ata
Ak Jol
Ak Jol (qırğ. Ак жол — "Ağ yol") — Qırğızıstanda siyasi partiya. 2007-ci ilin dekabrında keçiriləcək parlament seçiləri ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən yaradılmışdır. Seçkilər nəticəsində 90 yerdən 71-nə sahib olan "Ak Jol" parlamentə daxil olmuş 3 partiyadan biri idi.
AK Partiya
Ədalət və İnkişaf Partiyası (türk. Adalet ve Kalkınma Partisi, qısaca AKP və ya AK Parti kimi də tanınır) — Türkiyədə mövcud olan siyasi partiya. Partiyanın sədri 21 may 2017-dən bəri Rəcəb Tayyib Ərdoğandır. == Tarixi == Partiya 14 avqust 2001-ci ildə Rəcəb Tayyib Ərdoğan tərəfindən qurulmuşdur. Partiya 2002, 2007 və 2011-ci ildə keçirilən Parlament seçimlərinin qalibi olmuşdur. Rəcəb Tayyib Ərdoğan, Abdulla Gül, Binəli Yıldırım və Bülənt Arınc partiyanın öndə gələn şəxsləridir. 3 noyabr 2002-ci ildə keçirilən Parlament seçimlərində Ədalət və İnkişaf Partiyası 34,29% səslə birinci seçildi. 550 nəfırlik Milli Məclisdə 365 yer qazandı. 22 iyul 2007-ci il Parlament seçimlərində 46,58% səslə Partiya yenə birinci seçildi. 2007 seçimlərində millət vəkili sayı 22 nəfər azaldı.
Orhan Ak
Orhan Ak (29 sentyabr 1979, Adapazarı), türkiyəli keçmiş futbolçu və məşqçi. Kocaali 'nin Koğukpelit məhəlləsində doğulan Orhan Ak, Sakaryada həvəskar futbol liqası komandası olan Et Balık Sporun infrastrukturunda futbola başladı. O, burada oynadığı zaman Türkiyənin gənclərdən ibarət milli futbol komandaları üçün kəşf edilib və 22 fevral 1995-ci ildə Almaniya ilə keçirilən 15 yaşadək futbolçulardan ibarət milli yoldaşlıq oyununda Türkiyənin gənclərdən ibarət milli futbol komandalarında debüt edib. Bu matçdan sonra bir çox Super Liqa komandalarının diqqətini çəkib. Çoxlu transfer təklifləri arasında o dövrdə Mərmərə Bölgəsinin güclü təmsilçilərindən olan Kocaelisporun təklifini qəbul etdi və 15 yaşında Kocaelispor infrastrukturuna keçdi. 1996-cı ildə peşəkar keçid müqaviləsi imzalayaraq əsas komandaya daxil oldu. 8 fevral 1997-ci ildə Beşiktaşla Super Liqa matçında Kocaelispor ace komandası ilə ilk rəsmi matçını keçirdi. Bu qarşılaşmadan sonra tez-tez oynamaq imkanı qazandı. Həmin mövsümün sonunda Kocaelispor ilə klub tarixində ilk dəfə Türkiyə Kubokunu qazanan komandanın heyətində yer aldı. O, əvvəllər Kocaelispor komandasında çıxış edib.
AK(b)P
Azərbaycan Komunist Partiyası və ya qısaca AKP— Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyi altında fəaliyyət göstərən və onun proqram vəzifələrini Azərbaycan Sovet Sosialist Respublikasında həyata keçirən siyasi partiya. 1952-ci ilədək Azərbaycan Kommunist (bolşeviklər) Partiyası və ya qısaca AK(b)P adlanmışdır. == Tarixi == === Quruluşu və Aprel işğalı === 1920-ci il fevralın 20-də Hümmət Partiyası (bolşeviklər qanadı), Ədalət Partiyası, Əkinçi Partiyası və Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin birləşməsiylə Mirzə Davud Hüseynovun rəhbərliyində Azərbaycan Kommunist (bolşeviklər) Partiyası yaradılmışdır. İlk illərdə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Bakıda şəhər və rayon partiya komitələri, eləcə də qəzalarda 14 qəza partiya komitəsi təşkil olunmuşdu. 1920-ci ilin yanvarından Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı komitəsi yanında Əliheydər Qarayevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə "operativ qərargah" fəaliyyət göstərirdi. 1920-ci il aprelin 24-dən isə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi Komitəsinin hərbitexniki komissiyası silahlı üsyana hazırlığı öz üzərinə götürdü. Partiyanın erməni daşnak üzvləri Azərbaycanın müxtəlif bölgələrində milli hökumətə qarşı təxribatçı dəstələrin təşkilində xüsusi fəallıq göstərirdilər. 1920-ci il aprelin 24-də Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi və Bakı komitəsinin birgə qərarı ilə Bakı rayonunun partiya təşkilatlarında hərbi vəziyyət elan edildi və bu təşkilatlarda birləşmiş bolşeviklər tam döyüş hazırlığına gətirildi. Silahlı üsyana rəhbərlik döyüş qərargahına tapşırıldı, Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Mərkəzi və Bakı komitələri bütünlüklə qərargaha tabe edildi. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsində və 11-ci Qırmızı Ordunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı qırğınlarda AK(b)P fəal rol oynadı.
Ak Jol (Qazaxıstan)
"Ak Jol" Qazaxıstan Demokratik Partiyası (qaz. Қазақстанның «Ақ жол» демократиялық партиясы / Qazaqstannyń «Aq jol» demokratıalyq partıasy; İşıq yolu) — özünü "konstruktiv müxalifət" kimi göstərən Qazaxıstanda siyasi partiya. Parlamentdə deputatları var. 3 aprel 2002-ci ildə ədliyyə orqanlarında qeydiyyata alınmışdır. Partiyanın sayı, Qazaxıstan Mərkəzi Seçki Komissiyasına görə 175.862 üzvdür. == Tarixi == Partiya "Qazaxıstanın Demokratik Seçimi" (QDS) ictimai birliyi əsasında quruldu. 2002-ci ilin yanvarında QDS hərəkatının təşkilatçıları ilə fikir ayrılıqları üzündən hərəkatın Siyasi Şurasının bəzi üzvləri yeni bir demokratik partiya "Ak Jol" yaratdıqlarını elan etdilər. 3 aprel 2002-ci ildə partiya Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 2004-cü ildə keçirilən Məclis seçkilərində rəsmi məlumatlara görə, partiya səslərin 12,04% -ni aldı. Ümumilikdə, partiya üçüncü çağırış məclisində iki mandat aldı (Əlixan Baymenov- partiya siyahılarına görə, Amalbəy Tşan — birmandatlı seçki dairəsində).
Ak Jol (Qırğızıstan)
Ak Jol (qırğ. Ак жол — "Ağ yol") — Qırğızıstanda siyasi partiya. 2007-ci ilin dekabrında keçiriləcək parlament seçiləri ərəfəsində Qırğızıstan prezidenti Kurmanbek Bakiyev tərəfindən yaradılmışdır. Seçkilər nəticəsində 90 yerdən 71-nə sahib olan "Ak Jol" parlamentə daxil olmuş 3 partiyadan biri idi.
Ak jol (partiya)
"Ak Jol" Qazaxıstan Demokratik Partiyası (qaz. Қазақстанның «Ақ жол» демократиялық партиясы / Qazaqstannyń «Aq jol» demokratıalyq partıasy; İşıq yolu) — özünü "konstruktiv müxalifət" kimi göstərən Qazaxıstanda siyasi partiya. Parlamentdə deputatları var. 3 aprel 2002-ci ildə ədliyyə orqanlarında qeydiyyata alınmışdır. Partiyanın sayı, Qazaxıstan Mərkəzi Seçki Komissiyasına görə 175.862 üzvdür. == Tarixi == Partiya "Qazaxıstanın Demokratik Seçimi" (QDS) ictimai birliyi əsasında quruldu. 2002-ci ilin yanvarında QDS hərəkatının təşkilatçıları ilə fikir ayrılıqları üzündən hərəkatın Siyasi Şurasının bəzi üzvləri yeni bir demokratik partiya "Ak Jol" yaratdıqlarını elan etdilər. 3 aprel 2002-ci ildə partiya Qazaxıstan Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi. 2004-cü ildə keçirilən Məclis seçkilərində rəsmi məlumatlara görə, partiya səslərin 12,04% -ni aldı. Ümumilikdə, partiya üçüncü çağırış məclisində iki mandat aldı (Əlixan Baymenov- partiya siyahılarına görə, Amalbəy Tşan — birmandatlı seçki dairəsində).
Ak Bars Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.